Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Azərbaycanda “Formula 1” yarışlarında dəyişiklik olacaq

“Formula 1” yarışları Azərbaycan Qran-prisinə kimi təxirə salına bilər.

Həftə.az xəbər verir ki, “Formula 1″in idman direktoru Ross Braun yarışın nə vaxt başlaması ilə bağlı komandalarla görüş keçirib.

Komandalar mövsümə Bakıda start verilməsinin məntiqli qərar olacağını bildiriblər. Bu isə Bəhreyn, Viyetnam, Niderland, İspaniya və Monako Qran-prilərinin təxirə salınacağı deməkdir.

Qeyd edək ki, “Formula 1” rəhbərliyi Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı. 5 -7 iyunda isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …