Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Azərbaycan ucuz neftə hazırdır ya yox?!

İnkişaf etməkdə olan neft istehsalçısı ölkələri arasında Mozambik, Əlcəzair, Bəhreyn və Oman neftin ucuzlaşmasına qarşı ən az dayanıqlıdır.

Həftə.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Oxford Economics” analitik agentliyi bəyan edib. 

Qurumun ekspertləri hesab edir ki, əsas gəliri neft ixracından olan ölkələr bu il böyük küdcə kəsiri ilə üzləşəcəklər. Belə ki, neftin qiyməti bundan sonra 30 ABŞ dolları civarında qalsa, Bruney, Əlcəzair, Bəhreyn, Oman, Boliviya, Qana kimi ölkələr büdcə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problem yaşayacaqlar, Norveç, Qətər, Küveyt, Konqo kimi neft ölkələrin isə yenə də büdcə qalığına malik olacaqları gözlənilir. 

Əlcəzair, Bəhreyn və Oman həm də ticarət kəsiri və dövlət borcu sarıdan yüksək göstəricilər nümayiş etdirir.

“Birləşmiş Ərəb Əmirlikləri, Botsvana, Çili, Rusiya, Küveyt, Meksika, Azərbaycan, Qazaxıstan, İndoneziya kimi ölkələrin iqtisadiyyatı nisbətən ürəkaçan görünür” – deyə qeyd edən hesabat müəllifləri neftin baha olduğu dövrdə adıçəkilən ölkələrin zəruri ehtiyatlar yaratmağa müvəffəq olduqlarını diqqətə çatdırıblar.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …