Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

AMEA-nın kitabxanası tibbi xidmət göstərəcək

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oxucular, əməkdaşlar və akademiyanın digər elmi müəssisələrinin işçiləri üçün tibbi xidmət göstərəcək.

Bu barədə AMEAməlumat verib.

Bu, akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında müvafiq sərəncamına əsasən həyata keçiriləcək.

Qeyd olunub ki, bu məqsədlə kitabxananın ilk tibbi yardım otağı əməkdaşları və oxucuları qəbul etməyə hazırdır.

Burada koronavirusa oxşar simptomlarla müraciət edən şəxslərə bədən hərarətinin ölçülməsi, boğazın müayinəsi, steril tənziflərin (maskaların) verilməsi, simptomatik müalicə kimi tibbi xidmətlər təklif oluna bilər. Bundan başqa, şikayətlərin toplanılması (anamnez), təhlükəsiz davranış üzrə təlimatlandırma (çap formatda), MEK-in ərazisinin müntəzəm olaraq sanitar-gigiyenik işlənilməsi də göstəriləcək tibbi xidmətlər sırasındadır.

Qeyd edək ki, martın 19-da kitabxanada əsaslı sanitar-dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Buna görə də, MEK koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb. Qeyd olunub ki, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …