Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Ali rəhbərin müşaviri koronavirusa yoluxdu

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti koronavirusa yoluxmaq şübhəsi ilə karantinə alınıb.

Həftə.az xəbər verir ki, məlumatı İRİB televiziyası yayıb.

O, səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edərək müayinədən keçib. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib. Ə.Ə.Vilayəti hazırda ev şəraitində müalicə olunur və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Əli Əkbər Vilayəti 1945-ci ildə İranın Şemran bölgəsində anadan olub. Tehran Universitetinin bitirib. 1981-ci il dekabrın 15-dən 1997-ci il avqustun 20-dək İranın xarici işlər naziri olub. Hazırda aəyutllah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviridir. 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 429 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 075 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 10 075 nəfərə çatıb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə naziri müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan olunub.

Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 788-ə çatıb. Bunların 70 394 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.

Ü

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …