Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

ABŞ kəşfiyyatı ilə məxfi görüşün üstü açıldı

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın təhdidləri qarşısında qalan kəşfiyyatçı ölkədən qaçıb.

Həftə.az xəbər verir ki, Kanadaya qaçan Səəd əl-Cəbrinin hazərda da təhdid mesajları aldığı bildirilir.

İngiltərənin “Middle East Eye” nəşrinin iddiasına görə, kəşfiyyatçı zor gücünə Səudiyyə Ərəbistanına qaytarılacağından qorxur.

Kanadaya sığınan Cəbri bir müddət ötən həftə həbs olunan daxili işlər naziri Məhəmməd bin Nayifin köməkçisi postunu tutub.

“Vaşinqton Post”un məlumatına görə, Cəbri 2015-ci ildə Səudiyyə Ərəbistanı kəşfiyyatının rəsmi nümayəndəsi kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennanla şahzadə Salmandan xəbərsiz görüş keçirib. O, bu görüşdən qayıtdıqdan sonra tutduğu postdan uzaqlaşdırılıb.

Məlumatda sahib olduğu nəhəng sərvətin və dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən Nayifə yaxınlığının Cəbrini şahzadə Salmanın hədəfinə gətirdiyi bildirilib.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …