Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

ABŞ Dövlət Departamenti Azərbaycan səhiyyəsini rüsvay etdi

ABŞ Dövlət Departamenti Azərbaycan və Türkmənistanla bağlı xəbərdarlıq dərəcəsini artırıb. Səbəb qlobal koronovirus böhranı və bu iki ölkənin virusun geniş yayıldığı İranla əlaqələridir.

Bu barədə qərar martın 6-da verilib, həyəcan dərəcəsi 3 -ə qaldırılıb, bu da ən yüksək həyacandan bir dərəcə aşağıdır.

Dövlət Departamenti öz bəyanatında deyir ki, amerikalılar Azərbaycana səfər etmək qərarını nəzərdən keçirsinlər, bu zaman İrandan yayılan virusun əhəmiyyətli dərəcədə artmasını və Azərbaycan hökumətinin necə davranmasını nəzərə alsınlar:

“Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun gəlmir. Bəzi yerlərdə sadə tibbi ləvazimatlar tapılmaya bilər. Amerikalılar səfərdən əvvəl bu amilləri və öz sağlamlıq durumlarını nəzərə alsınlar”.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …