Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

50 milyon insan işini itirəcək, çünki….

“Koronavirusun (Covid 19) yayılması qlobal turizm sektoruna kəskin təsir edəcək. Son nəticədə bütün dünyada bu sektorda işləyən 50 milyon insan öz işini itirə bilər”.

Həftə.az xəbər verir ki, bunu Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) prezidenti Qloria Quevera açıqlayıb.

Onun sözlərinə görə, bu il qlobal səyahət bazarı 25% azala bilər. Bu isə sektorda çalışanların 12%-14%-nin işlərini itirməsinə səbəb olacaq.

Bundan başqa, WTTC hökumətlərə viza müraciətlərini asanlaşdırmağı, turizm sektoruna tətbiq olunan vergiləri azaltmağı və təşviq paketlərinin ayrılmasını tövsiyə edib.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …