Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

“10 il sonra dünyanı cənginə alacaq” – Ekstrasensin qorxunc proqnozu

Amerikalı yazıçı Din Kuntsun 1981-ci ildə yazdığı “Qaranlığın gözləri” adlı kitabda Çinin bioloji silah kimi hazırladığı qeyri-adi virusdan bəhs olunur. Virusun adının isə “Uxan-400” – bu gün dünyanı cənginə alan pandemiya ilə oxşar olması məsələnin ən təəccüblü tərəfidir.

Həftə.az xəbər verir ki, 2008-ci ildə başqa bir amerikalı yazıçı və medium Silviya Braun tərəfindən qələmə “Günlərin sonu” adlı kitabda isə 2020-ci ildə baş verəcək fəlakələrdən danışılır.

Müəllif kitabın 312-ci səhifəsində bu ifadələrə yer verir:

“2020-ci ildə ağciyərlərə və bronxlara hücum edən və indiyədək müəyyən edilmiş müalicə üsullarının üstündən xətt çəkəcək, sətəlcəmə bənzər xəstəlik dünyanı cənginə alacaq. Xəstəliyin ən qəribə tərəfi gözlənilmədən ortaya çıxması kimi, gözlənilmədən də yox olacağıdır. On il sonra yenidən yayılacaq və tamamilə yox olacaq”.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …