Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Əmanətlərin tam sığortalanmasının müddəti uzadıldı

“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Həftə.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb: “Prezident İlham Əliyevin imzası ilə daxil olan yeni sənəddə əmanətlərin tam sığortalanması müddətinin bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur”.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …