Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

UEFA-dan AVRO-2020 və avrokubokların taleyi ilə bağlı açıqlama

UEFA koronavirus infeksiyasının yayılması ilə əlaqədar video-konfrans təşkil edəcək.

Həftə.az xəbər verir ki, martın 17-də keçiriləcək tədbirə quruma üzv olan 55 milli assosiasiyanın rəsmiləri, Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri dəvət ediləcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə, AVRO-2020-ni əhatə edəcək.

Daha ətraflı açıqlama video-konfransın ardından veriləcək. 

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …