Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Tanınmış futbolçu özünü koronavirus xəstəsi kimi göstərdi – VİDEO

İspaniya “Atletiko”sunun futbolçusu Dieqo Kosta jurnalistlərlə ünsiyyət qurmamaq üçün qeyri-adi üsula əl atıb.

Həftə.az xəbər verir ki, 32 yaşlı hücumçu İngiltərədə “Liverpul”a qarşı keçirdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra koronavirusa yoluxduğunu göstərərək öskürməyə başlayıb.

Qeyd edək ki, görüşün əlavə vaxtı “Liverpul”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matç eyni hesabla Madrid təmsilçisinin xeyrinə başa çatıb. “Atletiko” əlavə vaxtda vurduğu qollar sayəsində mərhələ adlayıb – 2:3. 

Xatırladaq ki, daha öncə İspaniyada futbol matçları təxirə salınıb. UEFA isə avrokubokları dayandırıb.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …