Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Sumqayıtın helikopterlərlə dezinfeksiya ediləcəyi xəbəri ilə bağlı – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb. 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar şəhər ərazisində yerləşən inzibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri hər gün dezinfeksiya edilir”, – icra hakimiyyətindən bildirilib.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …