Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

“Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”

Siqaret çəkən insanların koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə azdır.

Həftə.az xəbər verir ki, koronavirusla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər.

Məlumata görə, Uhan xəstəxanalarının birində müayinə edilən koronavirusa yoluxmuş 140 şəxsdən yalnız 2-sinin siqaret çəkdiyi məlum olub. Bu isə bütün qrupdan 1,4% təşkil edir. Yəni, ilkin nəticələrə görə, siqaret çəkən insanların virusa yoluxma təhlükəsi 20 dəfə azdır.

Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, koronavirusa yoluxma riski zonasında olanlar əsasən şəkər xəstəsi və ürək problemləri olan insanlardır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …