Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Nazir koronavirusa yoluxdu

İspaniyanın bərabərlik naziri İrene Monteroda koronavirus aşkarlanıb.

Həftə.az xəbər verir ki, bu hadisədən sonra ölkənin bütün nazirlərinin koronavirus testindən keçəcəyi bildirilib.

İspaniyanın baş naziri Pedro Sançez nazirlərlə iclasın videokonfrans şəklində olacağını açıqlayıb.

Qeyd edək ki, İspaniyada indiyədək 2 277 nəfər koronavirusa yoluxub. 55 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 673-ə çatıb. Bunların 68 327 nəfəri sağalıb, 4 641 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …