Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

Koronavirus pandemiyası yayılmağa davam edir

Fransa Polineziyasında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Həftə.az xəbər verir ki, bunu dənizaşırı kollektivliyin prezidenti Eduar Friç açıqlayıb.

Onun sözlərinə görə, virusa Fransa Milli Assambleyasının deputatı yoluxub. Deputat martın 7-də Fransadan qayıdıb.

Qeyd edək ki, Fransanın dənizaşırı kollektivliyi və təsisçi ölkəsi olan Fransa Polineziyası Cənubi Sakit Okeanın mərkəzində yerləşir. Əhalisi 280 min nəfərdən ibarətdir. Ölkə Fransız Ali Komissarlığı tərəfindən idarə olunur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 625-ə çatıb. Bunların 68 325 nəfəri sağalıb, 4 638 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …