Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Koronavirus Kubaya da gəldi…

Latın Amerikasının daha bir ölkəsində – Kubada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Həftə.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən İtaliyanın 3 vətəndaşının müayinəsi nəticəsində onların virus daşıyıcısı olduğu müəyyənləşib.

Qeyd edək ki, Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə virus aşkarlanıb. Onlardan biri ölüb. Başqa Latın Amerikası ölkələrində Çilidə 23 nəfər, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9, Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada isə 8 nəfərə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 380-ə çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …