Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Keçmiş nazir gəldiyi kimi də getdi – İstefa…

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verib.

Bu barədə sabiq nazir özü məlumat verib. O, istefa səbəbini belə kimi izah edib:

“Bir müddət öncə mən Ana Vətən Partiyasına üzv olduğumu bəyan edəndə cəmiyyətdə ciddi qınaqlarla üzləşdim. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, həmişə səmimiyəm. Ona görə bu məsələdə də səmimi olaraq etiraf edirəm ki, partiyaya gələndən sonra burada praktik olaraq heç bir ciddi resursun olmadığını görüb, belə bir partiyanın sıralarını dərhal tərk etmək qərarı verdim. Ancaq bunu dərhal etmədim – istəmədim ki, partiyanın gözlənilən seçki uğursuzluğunda mənim adım hər hansı bir formada hallansın”.

Fikrət Yusifov söyləyib ki, partiya tərəfindən deputatlığa namizədliyinin 41 saylı Sumqayıt seçki dairəsindən irəli sürülməsindən də imtina edib:

“Bir sözlə, namizədliyin qeydiyyata alınması üçün əsas olacaq imza vərəqələrini belə götürmədən geri çəkildim. Mən Xalq Cəbhəsi hakimiyyəti dövründə ölkənin Maliyyə nazirinə birinci müavin, Heydər Əliyev hakimiyyəti dövründə isə Maliyyə naziri vəzifəsində 6 ilə yaxın çalışsam da, nə Xalq Cəbhəsinə, nə də Yeni Azərbaycan Partiyasına üzv olmuşam. Şəxsi münasibətlərdən istifadə edərək mənə Ana Vətən Partiyasına üzv olmağı təklif edən partiya rəhbərliyi bunu etməzdən öncə öz siyasi məsuliyyətini dərk etsəydi, daha düzgün olardı”.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …