Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

İTV-nin yaralanan əməkdaşı haqqında – RƏSMİ

Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

Bu barədə kanal özü məlumat verib.

Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: “Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir”.

Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: “Bununla bağlı aidiyyəti orqanlara məlumat verilib”.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …