Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Hüseyn Abdullayevə daha bir zərbə

Azərbaycanda Vəkillər Kollegiyasının üzvünə cinayət işi açılıb.

Həftə.az-ın məlumatına görə, 13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlu külli miqdarda dələduzluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

R.Əkbərov barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. /Demokrat.az

Qeyd edək ki, R.Əkbərov Hüseyn Abdullayevin (“Quska”) vəkili olub.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …