Şənbə , Oktyabr 1 2022
Qaçan xəbərlər

“Həftənin oyunçusu” adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub. 

Həftə.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra bu ada İtaliya “Atalanta”sından Yosip İliçiç, Almaniya “Leyptsiq”indən Marsel Zabitser, Fransa “PSJ”sindən Xuan Bernat və İspaniya “Atletiko”sundan Yan Oblak iddia edirlər. 

İliçiç İspaniyada “Valensiya”nı 4:3 hesabı ilə məğlub etdikləri görüşdə 4 qol vuraraq poker edib. 

Zabitser evdə İngiltərə təmsilçisi “Tottenhem”ə 3:0 hesabı ilə qalib gəldikləri matçda iki qolun müəllifi olub. 

Bernat isə Almaniya “Borussiya”sını (Dortmund) məğlub etdikləri matçda fərqlənə bilib. Yan Oblak əlavə vaxtda İngiltərədə “Liverpul”u 2:3 hesabı ilə yendikləri oyunda qurtarışları ilə yadda qalıb. 

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

https://uclpotw.uefa.com/?fbclid=IwAR2WIi20_wAP6SpOAewGCCJQVPGEY-4Aj89A_S3EZ0qPKoJn6amoVPdfQhA

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …