Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Ermənistanda koronavirusdan karantinə alınanların sayı artdı

Ermənistanda 57 nəfər koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.

Həftə.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, həmin şəxslər koronavirusa yoluxan 3 nəfərlə təmasda olublar.

Qeyd edək ki, Ermənistan 4 vətəndaşının COVİD-19-a yoluxduğunu rəsmi olaraq elan edib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 127 810-a çatıb. Bunların 68 335 nəfəri sağalıb, 4 717 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …