Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Ekspert: “Ciddi gəlir itkisini olacaq”

“Son günlərdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin əsas səbəbi Səudiyyə Ərəbistanla Rusiya arasındankı anlaşmazlıq vəya qarşılıqlı prinsip məsələsi deyil”.

Bunu Həftə.az-a açıqlamasında iqtisadi ekspert, i.e.f.d. dosent Ramin İsmayılov Arpaçaylı deyib.

“Bu, sadəcə, ortaya çıxmış mövcud qlobal problem qarşısında texniki anlaşmazlıqlardır. Əsas səbəb təbii ki, bir müddətdir Çində meydana gəlmiş korona (covid 19) virusunun bir anda dünyaya sürətlə yayılmasıdır. Dünya neftinin və neft məhsullarının əsas istehlakçısı olan Çinin dünyadakı ticarət dövriyyəsinin azalması və bu sistemə bağlı olaraq dünya ticarət dövriyyəsində psixoloji amillərin də nəzərə alınması ilə birgə artıq neftə olan tələbatın azalmasına və qiymətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olmuşdur. Bir müddətdir qlobal səviyyədə üst-üstə yığılan və qısa müddətdə ciddi partlayışla ortaya çıxmış bir iqtisadi tendensiyadır. Məsələnin ciddiyəti onu göstərir ki, həqiqətən də neft hasil edən dövlətlər üçün ciddi gəlir itkisinə səbəb olacaq. Bu qəbildən xam neft və neft məhsullarının bir neçə növünü istehsal edən Azərbaycanda da təsirsiz ötüşməyəcək.

Son günlərdə insanalar arasında manatın yenidən devalvasiya yaşama ehtimalı səbəbindən yenindən xarici valyutaların alışının artması, ajiotaj mühit istər istəməz bazarlara öz mənsi təsirini göstərə və manatın digər xarici valyutalar qarşısında yenidən dəyər itirməsi üçün zərurət doğura bilər. Mərkəzi Bankın məsələ ilə bağlı ciddi addımlar atacağı təqdirdə devalvasiyanın qarşısının alınması mümkün olsa da qlobal vəziyyət nəzərə alındıqda bu vəziyyətin bir müddət hələ davam edəcəyini düşünürəm. Düşünürəm ki, Mərkəzi Bank bu kimi baş verəbiləcək iqtisadi mühitlə bağlı qabaqlayıcı tədbirlər görmüş və alternativ mexanizmləri işə salacaqdır. Əks təqdirdə yenidən devalvasiyanın olması qaçınılmaz bir gerçəkdir. Məhz buna görə də Mərkəzi Mank mütləq ciddi tədbirlər görməli və bazara əlavə rezvlər cəlb etməlidir.

Rusiya ilə S.Ərəbistan arasındakı texniki anlaşılmamazlığın ortadan qaldırılması  və ya qarşılıqlı arzın azaldılması ilə qısa zamanda neftin qiymətinin əvvəlki səviyyəyə çatmasına inanmaq da doğru deyil. Çünki virusun hələ nəqədər müddətdə dünyanın hansı bölgələrinə yayılıb yayılmayacağı və vəziyyətin ciddi şəkildə nəzarətə alınıb alınmaması kimi bir çox səbəblərdən ötrü dünya bazarlarında neftin qiymətinin qısa zamanda stabilləşməməsinə səbəb olacaq” – deyə, dosent aydınlıq gətirib.

Baxın

“Prezidentin yetişdirdiyi kadrları ondan gizlədirlər!”

Hefte.az xəbər verir ki, bu sözləri “Yaşıllar” hərəkatının lideri Ceyhun Osmanlı deyib. Ölkə başçısının son …