Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Daha bir Avropa ölkəsində koronavirusdan ölüm var

Yunanıstanda koronavirusa yoluxmuş 66 yaşlı kişi ölüb.

Həftə.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, onun səhhətində başqa problemlər də olub.

Mərhum daha öncə İsrail və Misirə səfər edibmiş.

Qeyd edək ki, ötən gün Yunanıstanın qonşu ölkəsi olan Bolqarıstanda da koronavirusdan ilk ölüm faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 369-a çatıb. Bunların 68 306 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …