Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Çin koronavirusla bağlı son vəziyyəti bildirdi

Çinin səhiyyə məsələləri üzrə komitəsinin nümayəndəsi Mi Fen ölkədə koronavirus epidemiyasının pik həddinin başa çatdığını bildirib.

Həftə.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, son bir həftə ərzində Çinin Hubey əyalətində, Uhan şəhəri istisna olmaqla, COVID-19 virusuna yoluxma ilə bağlı yeni hal aşkar edilməyib.

Adıçəkilən əyalətdən kənarda 7 yeni hal qeydə alınıb ki, onlardan 6-sı “gətirilmə”dir.

“Bu məlumatlar ümumilikdə ölkədə epidemiyanın bu dalğasının pik nöqtəsinin artıq geridə qaldığını göstərir”, – Mi Fen deyib.

Qeyd edək ki, dünən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. 

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …