Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Bitkoinin dəyəri haqda son məlumat

Ən populyar kriptovalyuta olan bitkoin cümə axşamı 20%-dən çox dəyər itirib və 2019-cu ilin may ayından bəri ilk dəfə 6 min ABŞ dollarından aşağı düşüb.

Həftə.az xəbər verir ki, bunu ticarət əməliyyatlarının nəticələri göstərir.

20-dən çox birjanın orta qiymətini hesablayan “CoinMarketCap” portalının məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da bitkoin 21,63% ucuzlaşaraq 6 139 ABŞ dollarına satılıb. Kriptovalyuta ilə ticarətin ən böyük olduğu “Binance” birjasında bitkoin 17,94% dəyər itirərək 6 418 ABŞ dollarına düşüb. Saat 15:00-a qədər isə bitkoinin 6 min ABŞ dollarından da aşağı səviyyəyə düşdüyü hal olub.

Müstəqil ekspert Mənsur Hüseynov kriptovalyutanın dəyərdən düşməsinin investorların mövqelərinin zəifləməsi ilə əlaqəli olduğunu söyləyib: “Birjalarda mövqelərin açıq şəkildə məcburi zəifləməsi gedir… Kriptovalyutanın kursundakı kəskin hərəkətlər səhm bazarındakı hərəkətlərlə üst-üstə düşüb – bütün qlobal indekslər çox aşağı düşüb, kriptovalyutalar da istisna təşkil etməyib. Daha əvvəl də dediyim kimi, hazırda bazarda institusional investorlar iştirak edir və onlar kriptovalyutanı riskli aktiv hesab edirlər”.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …