Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Azərbaycanda koronavirusla bağlı mətbuat konfransı keçiriləcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi koronavirus pandemiyası (COVID-19) ilə bağlı mətbuat konfransı keçirəcək.

Nümayəndilikdən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair məlumat verməkdir.

Mətbuat konfransı sabah saat 17.00-da başlayacaq. 

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 129 158-ə çatıb. Bunların 68 654 nəfəri sağalıb, 4 749 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …