Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Azərbaycan koronavirus üçün test sistemi alır

Azərbaycan, İran və digər ölkələr koronavirusun təsbiti üçün istifadə edilən Rusiya istehsalı test sistemləri alacaq.

Həftə.az xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətindən bildirilib. 

Məlumata görə, Rusiya Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, həmçinin İran, Şimali Koreya və Monqolustana koronavirusu təsbit etmək üçün 800 test sistemi göndərib. Bu sistemlər 80 000 pasiyenti testdən keçirməyə imkan verəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …