Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi

Həftə.az xəbər verir ki, həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən fiziki şəxs Mirzəyeva Səbinə İbiş qızına məxsus quş kəsimi sexinə baxış keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, sexdə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə quş ətinin emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …