Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

ABŞ-ın kəşfiyyat sirlərini ifşa edən qadın…

ABŞ-da “Wikileaks” olaylarının baş oyunçularından biri olan keçmiş hərbi kəşfiyyatçı Çelsi Manninq saxlanıldığı həbsxanada intihara cəhd edib.

Həftə.az xəbər verir ki, həyatı xilas edilən Manninq müalicə olunur.

“Wikileaks” saytının qurucusu Julian Assanca dövlətə məxfi sənədləri vermək ittihamı ilə həbs olunan Çelsi Manninq Barak Obama dönəmində sərbəst buraxılmışdı. Lakin bundan sonra istintaqa ifadə verməkdən yayındığı üçün 2019-cu ildə yenidən həbs olunub.

Təxminən 1 ildir həbsdə olan 32 yaşlı Manninqin intihara cəhd etdiyi bildirilib.

Ekvadorun İngiltərədəki səfirliyində 7 il qaldıqdan sonra həbs edilən Julian Assancın isə ABŞ-a ekstradisiyası tələb edilir. Barəsində irəli sürülən ittihamlar təsdiqini tapsa, 175 il azadlıqdan məhrum olunacaq.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …