Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

TƏBİB xaricdən gələnlərə koronavirusa görə xəbərdarlıq etdi

TƏBİB ölkə xaricindən gələnlər üçün 14 gün qaydasının detallarını açıqlayıb.

Həftə.az xəbər verir ki, vətəndaşlardan həmin qaydalara riayət etmələri tələb olunur.

Qaydalara əsasən, ölkə xaricindən son 14 gün ərzində gələnlər, buradakı ilk 14 günlərini evdə keçirməlidirlər. Olduqları məkan tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olunmalıdır.

Bundan başqa, yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır. Əllər sabunla tez-tez yuyulmalı, eləcə də evdən çıxanda mütləq maska taxılmalıdır. Eyni zamanda soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edilməlidir.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …