Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Şuradan elektron xidmətlərlə bağlı daha bir ilk

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqəsinin qalibi olan QHT-lərlə müqaviləni ilk dəfə olaraq 2020-ci ildən etibarən canlı təmas olmadan ASAN və ya elektron imza vasitəsilə həyata keçirəcək.

Bu barədə Şuradan məlumat verilib.

Qeyd olunub ki, Şuranın qəbul etdiyi qərara uyğun olaraq layihə sənədlərinin (layihə, icra planı, xərclər smetası) razılaşdırılması prosesi SƏLİS-in e-növbə proqramı vasitəsilə aparılır, daha sonra tərəflər arasında müqavilə elektron qaydada imzalanır.

Xatırladaq ki, indiyədək qrant müsabiqələrində qalib olan QHT-lər müvafiq müqaviləni SƏLİS-in e-növbə proqamının vasitəsi ilə Şuranın ofisində imzalayırdı.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …