Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

“Sərhədlər bağlanmasın” – Angela Merkeldən yeni təklif

“Sərhədlərin bağlanması koronavirusla bağlı çağırışlara adekvat cavab deyil”.

Həftə.az xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel martın 11-də Berlində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, virusa yoluxanların evdə karantində qalması infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün daha məqbul tədbirdir.

Qeyd edək ki, martın 11-də Almaniyada üç nəfərin koronavirusdan öldüyü məlum olub. Hər üç hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsində qeydə alınıb. Bölgənin Essen şəhərində 89 yaşlı qadın, Haynsberq dairəsində isə daha iki nəfər ölüb.

Xatırladaq ki, Avstriyanın kansleri Sebastian Kurts Avropa İttifaqının sərhədlərini bağlamağı təklif etmişdi. 

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …