Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Qonşularımızın valyutaları “dirilir”

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması bir sıra ölkələrin valyutalarına da təsirsiz ötüşməyib.

Həftə.az xəbər verir ki, baş verənlər Azərbaycanın qonşularına da ciddi təsir edib.

İki gün öncə dollar və avro qarşısında ciddi məzənnə itkisinə məruz qalan rus rublu bu gün kifayət qədər güclənib. Moskva birjasında artıq 1 dollar 71.5 rubla satılır. İki gün öncə isə 1 dollar 76 rubla qalxmışdı.

Martın 9-da 86 rubla çatan avro hazırda 81.07 rubla təklif olunur.

Qərbin böyük sanksiyalarına məruz qalan qonşu İranın milli valyutası da dünənə nisbətən “dirilməyə” başlayıb. Belə ki, dünən 153.000 riala (15.300 tümən) satılan 1 dollar bu gün 148.500-ə təklif edilib.

Azərbaycanın önəmli ticarət partnyorlarından olan Türkiyənin milli valyutası olan lirə isə ciddi təsirə məruz qalmayıb.

Hazırda 1 dollar 6.1 lirəyə satılır.

Qeyd edək ki, neftin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaqda (1 dollar – 1.7 manat) davam edir.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …