Cümə axşamı , Oktyabr 6 2022
Qaçan xəbərlər

Petrosyan Paşinyana vaxt verdi: “Ayın 5-dək gözlə” – İrəvanda şok gəlişmə

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan Baş nazir Nikol Paşinyanın sabiq dövlət başçısı əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Həftə.az xəbər verir ki, o, Baş nazirin Petrosyan əleyhinə xoşagəlməz sözlər dediyini bildirib

“Artıq iki gündür ki, Ermənistan Baş nazirinin çıxışlarında bəzi fikirlər səsləndirməsi haqda telefon zəngləri gəlir, məndən bu barədə şərh tələb olunur. Amma indiki məqamda ictimaiyyətin diqqətini referendumdan yayındırmamaq üçün belə məsələləri aprelin 5-də keçiriləcək referenduma qədər şərh etməyəcəyik”, – Musinyan bəyanatında deyib.

Nikol Paşinyan ərəfəsində Sünik rayonundakı kampaniya çərçivəsində Konstitusiya Məhkəməsinin yeddi üzvünün keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyanın tərəfdarı olduğunu deyib. Paşinyan bununla apreldə keçiriləcək referendumun nəticələrinin Konstitusiya məhkəməsi tərəfindən tanınmayacağına eyham vurub.

Əlavə edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi ilə yadda qalan hadisələrdə Levon Ter-Petrosyan Paşinyanı dəstəkləmişdi. Bu, Petrosyanın qiyamın əsas müəlliflərindən biri olduğu iddiasının yayılmasına yol açmışdı.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …