Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

OPEC bu il üçün Azərbaycanda neft hasilatı proqnozuna dəyişiklik edib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

OPEC-in mart ayı üzrə hesabatında bildirilir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalacaq. Yeni proqnoza görə, 2020-ci ildə ölkədə gündəlik neft hasilatı təxminən 770 min barel təşkil edəcək.

Xatırladaq ki, OPEC-in öncəki hesabatında bu il Azərbaycanda gündəlik neft hasilatının 10 min barel artacağı və 800 min barel olacağı qeyd edilmişdi.

Hesabatda qeyd edilib ki, ötən il ərzində Azərbaycanda ortalama neft hasilatı 20 min barel azalaraq 790 min barel təşkil edib.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …