Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Müəllimlərin maaşı belə ödəniləcək…

“İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub”.

Həftə.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əməkhaqqlarının ödənilməsi qaydasından danışarkən deyib.

“Bizim insanların əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir.

Ona görə də hesab edirəm ki, əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək”, deyə – Təhsil naziri bildirib.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …