Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

“Milli Məclisə xanım rəhbərin seçilməsinin ayrıca mənası var…”

“Martın 8-dəki aksiyanın məqsədləri başqa idi. Aksiya dünya üzrə vahid şüarlarla keçirilirdi, təşkilatçısı da LGBT-dir. Orada qadın hüquqları adı altında pərdələnməklə LGBT prinsipləri təşviq olunurdu”.

Bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun fikrincə, aksiyanın gender bərabərliyi, qadın hüquqları məsələlərinə heç bir aidiyyəti yoxdur: “Aksiyada LGBT tərəfindən təqdim olunan şüarlarla yanaşı, gender bərabərliyinə aid şüarlar da vardı. Bu, yerli təşkilatçıların fantaziyasının nəticəsidir. Aksiya bir layihə çərçivəsində həyata keçirilirdi. Layihəni LGBT və onu dəstəkləyən üçüncü fondlar tərəfindən maliyyələşdirilib”.

Ekspert yeni formalaşmış parlamentə qadın sədrin seçilməsi məsələsinə də münasibətini bildirib: “Son illər bu sarıdan vəziyyətdə, dinamikada dəyişiklik var. Ölkənin ən ali rəhbərliyində qadın təmsilçiliyi artan xətt üzrə gedir. Ölkədə rəsmən ikinci şəxs sayılan vitse-prezidentin qadın olması buna nümunədir. Hakimiyyət qollarından biri olan Milli Məclisin rəhbərinin xanım seçilməsi müsbət göstəricidir”.

Sahib Məmmədov bildirib ki, ölkənin bəzi dövlət qurumlarında vəzifələr məhz qadınlar üçün nəzərdə tutulub: “Mərkəzi icra hakimiyyəti orqanı olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini nümunə göstərə bilərik. Həmçinin, ombudsman da artıq bir qadın vəzifəsi kimi təşəkkül tapıb. İlk ombusdmandan sonra vəzifəyə yenidən qadın təyin olundu. Bu prinsip siyasi idarəetmədə qadınların iştirakını gücləndirən amildir”.

(teleqraf.com)

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …