Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

“Məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik”

“İnflyasiyanın başlıca faktoru valyuta məzənnəsidir. Biz bu istiqamətdə işlər görürük və məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik”. 

Həftə.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Lakin burda başqa obyektiv faktorlar da var. Koronavirusun yayılması ilə əlaqədar müəyyən müvəqqəti təchizat problemləri yarana bilər. Bundan müxtəlif insanlar istifadə edə bilərlər. Hökumət bütövlükdə bu məsələni nəzarətdə saxlayacaq. Ölkənin təchizatının yaxşılaşdırılması və bu istiqamətdə maliyyə resurslarının toplanılması üçün addımlar atılması planlaşdırılır. 

Digər tərəfdən, süni qiymət artımına yol verən, bu vəziyyətdən sui-istifadə edən insanlar, o cümlədən valyuta möhtəkirlərinə qarşı çox ciddi tədbirlər görüləcək”, – AMB sədri bildirib. 

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …