Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

Məktəblərdə tətil müddəti uzadıldı

Gürcüstanın bütün təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddəti aprelin 1-dək uzadılıb.

Həftə.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında qərar qəbul edilib.

Digər qərarla hərbi xidmətə yaz çağırışı aprelin 13-dək təxirə salınıb.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 23 şəxsdə təsdiqlənib. Karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …