Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

“Lider” TV-nin bağlanmasına – Rəsmi açıqlama

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Lider” televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.

MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb:

“Biz dünən axşam və bu gün səhər “Lider” televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə olduğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək”.

Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra “Lider” TV-nin yayımı kəsilib. Hazırda telekanalın yayımı işlək deyil.

Xatırladaq ki, “Lider” TV 2000-ci ildən fəaliyyət göstərir.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …