Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Lider TV bağlandı

Lider Televiziyası fəaliyyətini dayandırıb.

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Lider TV-nin bir neçə əməkdaşı təsdiqləyib.

Onlar bildiriblər ki, bu gün iş gününün sonunda onlara sabahdan işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Kanal əməkdaşlarına bildirilib ki, bəlli səbəbdən Lider TV bundan sonra fəaliyyətini davam etdirmək imkanında deyil.

Qeyd edək ki, artıq bir müddətdir Lider TV-nin maddi baxımdan çətinlik çəkdiyi haqda mediada çoxsaylı məlumatlar gedirdi.

Baxın

Məşhurun atası koronavirusdan öldü

Həftə.az xəbər verir ki, koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Onlardan biri də Türkiyənin məşhur …