Bazar ertəsi , Oktyabr 3 2022
Qaçan xəbərlər

Koronavirusa yoluxan yüksək vəzifəli rəsmilər

Dünyada sürətlə yayılan koronavirus epidemiyası kimliyindən asılı olmayaraq hər bir kəsdə aşkarlana bilər. Hətta müxtəlif ölkələrin nazir və müavinlərinin koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb.

Həftə.az müxtəlif ölkələrdə koronavirusa yoluxan yüksək vəzifəli rəsmiləri diqqətinizə çatdırır:

1. Fransanın Mədəniyyət naziri Frank Riesterin koronavirus testinin nəticələri müsbət çıxıb.

2. Norveçin Müdafiə naziri Frank Bakke-Yensen koronavirus şübhəsilə karantinə alınıb. Bundan sonra nazir bütün səfərlərini təxirə salıb.

3. Britaniya Səhiyyə Katibliyinin pasiyentlərin təhlükəsizliyi üzrə müavini Nadin Dorris koronavirusa yoluxub. Hazırda səhhəti qaydasındadır və virusdan xilas olmaq üçün müalicə alır.

4. İranın Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani martın 4-də koronovirusa tutulsa da, artıq xəstəliyə qalib gəldiyi bildirilib.

5. İranın Səhiyyə nazirinin müavini İrac Harirçidə koronavirus aşkar edilib.

6. İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Salvatore Farina yeni növ koronavirusa yoluxub. Hazırda o, hospitalda təkadamlıq palataya yerləşdirilib.

7. İtaliyada Demokratik Partiyasının lideri Nikola Dzinqarettidə koronavirus aşkarlanıb. Siyasətçi hazırda evində karantin şəraitində saxlanılır.

8. Ağ Ev Aparatının yeni rəhbəri Mark Medouz koronavirus daşıyıcısı ilə təmasda olduğuna görə karantinə alınıb.

9. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxması təsdiqlənib.

11. İranın Daxili İşlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar da koronavirusa yoluxub. İ.Nəccarın səhhəti yaxşılaşdığı üçün həkimlərin göstərişi ilə evə buraxılıb və ev şəraitində karantinə alınıb.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …