Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

İspaniyada daha bir deputat koronavirusa yoluxdu

İspaniya parlamentinin daha bir üzvü Karlos Sambrano Qarsiya koronavirusa yoluxub.  

Həftə.az xəbər verir ki, Kadis şəhərini təmsil edən deputat hazırda öz evində karantin altındadır. 

O, sağyönümlü “Vox” Partiyasının parlament fraksiyasının üzvüdür. 

Qeyd edək ki, bundan əvvəl həmin partiyanın baş katibi, deputat Xavyer Orteqa Smitdə də koronavirus aşkarlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121 735-ə çatıb. Bunların 66 943 nəfəri sağalıb, 4 382 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını  COVID-10 qoyub.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …