Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

İranda koronadan deyil, araqdan ölənlərin sayı pik həddə çatdı

İranın Xuzistan, Əlborz və Mazandaran əyalətlərində son 1 həftədə saxta içkidən həyatını itirənlərin sayı 67 nəfərə çatıb.

Həftə.az xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin sözçüsü Əli İlsanpur açıqlama verib. Onun sözlərinə görə, 6 mart tarixindən bəri saxta içkidən zəhərlənən 502 nəfər xəstəxanalara müraciət edib.

“Bəzi işbazlar spirtin koronavirusa təsir etdiyinə dair şayiələr yayıb. Spirt koronavirusun müalicə mərhələsində heç bir işə yaramır”, – deyə İhsanpur bildirib.

Əhvaz şəhərinin baş prokuror əvəzi Əli Beyranvənd isə saxta içkiyə görə 17 nəfərin saxlanıldığını elan edib.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …