Bazar ertəsi , Sentyabr 26 2022
Qaçan xəbərlər

Hökumət ölkə ərazisində karantin elan edir

Ukrayna Nazirlər Kabineti martın 12-dən aprelin 3-dək ölkə ərazisində təhsil müəssisələrinin bağlanmasını, kütləvi tədbirlərin qadağan edilməsini və bir sıra ölkələrlə hava əlaqəsinin dayandırılmasını özündə ehtiva edən karantin rejimi tətbiq edəcək.

Həftə.az xəbər verir ki, bu barədə Ali Radanın Avropa Həmrəyliyi Partiyasından olan deputatı Viktoriya Syumar məlumat verib.

Onun sözlərinə görə, sabahdan Ukraynada idman və mədəniyyət tədbirləri ilə əlaqədar 200-dən çox insanın kütləvi toplaşması qadağan ediləcək.

“Kütləvi toplaşmalara qoyulan qadağa dövlət əhəmiyyətli tədbirlərə aid olmayacaq”, – deputat bildirib.

Nazirlər Kabinetinin qərarı sərhəddəki əksər nəzarət-keçid məntəqələrinin bağlanmasını da nəzərdə tutur.

“219-dan 49-u qalacaq”, – deputat qeyd edib. Beləliklə, hökumətin qərarı dövlət sərhədinin tam bağlanmasını nəzərdə tutmur.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …