Bazar , Oktyabr 2 2022
Qaçan xəbərlər

“Google” koronavirusdan qorunmaq üçün…

“Google” şirkəti yeni növ koronavirusa yoluxma riskini azaltmaq üçün Şimali Amerikadakı işçilərinə evdən işləməyi tövsiyə edib.

Həftə.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

“Şimali Amerikadakı bütün ofislər hazırda evdən işləməyin tövsiyə olunduğu statusdadır. Məqsədimiz ofislərdəki insanların sayını azaltmaqdır. Çünki mütəxəssislər bunun COVID-19-un yayılma sürətini azaldacağını söyləyirlər”, – “Google” şirkətinin açıqlamasında deyilir.

Telekanalın məlumatına görə, şirkətin Şimali Amerikadakı ofislərində ümumilikdə azı 100 min insan çalışır.

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …