Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Dəməşqdə gizli görüş: Türkiyəyə xəyanət planı

Qiyamçı Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın yanvar ayının sonunda Suriyaya gizli səfər etdiyi iddia olunub.

Həftə.az xəbər verir ki, general Haftarın Dəməşqdə Suriya başçısı Bəşər Əsədlə görüşdüyü, Türkiyəyə qarşı ittifaqın qurulması məsələsini müzakirə etdiyi bildirilib.

Həmin iddiaya görə, Haftardan bir neçə saat əvvəl Misir kəşfiyyatının şefi Abbas Kamil də Dəməşqdə Bəşər Əsədl və suriyalı həmkarı Əli Məmlüklə eyni məsələ ətrafında fikir mübadiləsi aparıb. Məlumatda görüşdə Türkiyəyə qarşı PKK\YPG terror təşkilatlarının da yer aldığı bir ittifaqın qurulmasının razılaşdırıldığı qeyd edilib.

Haftarın keçirdiyi görüşdə Türkiyə ilə yanaşı, Liviyanın legitim Milli Sülh Hökumətinə qarşı birgə mübarizə və Liviyadakı muzdlu qüvvələrə hərbi texnika yardımın edilməsi məsələsinə toxunulub.

Baxın

Gürcüstanın baş naziri: “Azərbaycanla ehtiyatlı olmalıyıq”

“David Qareci məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”. Hefte.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya …