Cümə , Sentyabr 30 2022
Qaçan xəbərlər

“BakıKart”lara 10 qəpik niyə yüklənmir? – Açıqlama

Bu gün səhər saatlarında Bakı Metropoliteni QSC-də quraşdırılan terminallarda “BakıKart”ın balansının artırılması zamanı bəzi problemlər qeydə alınıb.

Həftə.az xəbər verir ki, səhər saat 08.00-09.00 radələrində terminallarda kartın balansına 10 qəpiklik yükləmək mümkün olmayıb.

Məsələ ilə bağlı “BakıKart”dan saytımıza bildirilib ki, metro stansiyalarında quraşdırılan terminallarda problem olması barədə onlara müraciət daxil olmayıb:

“Terminalların hamısı işlək vəziyyətdədir. Bu gün bizə bununla bağlı vətəndaşlar tərəfindən şikayət daxil olmayıb. Ola bilər ki, bəzi şəxslərin yükləmək istədiyi metal sikkələr əyri, paslı və ya yararsız vəziyyətdə olub. Belə sikkələri terminallar qəbul etmir”.

Xüsusi olaraq qeyd edək ki, 10 qəpikliyi daxil edərkən, terminallarda “10 qəpik qəbul edilmir” sözləri yazılırdı.

Baxın

Koronavirusa yoluxanların sayı 3,4 milyonu ötdü

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb. Hefte.az xəbər verir ki, indiyədək 3 401 351 nəfərə …