Çərşənbə , Oktyabr 5 2022
Qaçan xəbərlər

Azərbaycanda şirkət 100 min manat cərimələndi

Yasamal Rayon Məhkəməsi “Scandens Pharmaceutical İndustries LTD” MMC-nin 53 747 avro cərimə edilməsi (təxminən 100 min manat) barədə qərar çıxarıb.

Mərkəzi Bank şirkət barəsində valyuta tənzimi qaydalarını pozulmasına görə inzibati protokol tərtib edib.

Məhkəmə protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, 2016-cı ilin iyulunda Azərbaycanda yaradılan “Scandens Pharmaceuticals İndustries Ltd” MMC tərəfindən 2017-ci ildə Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməli qoyulub. 

Baxın

Azərbaycanda 4 bankın bütün səlahiyyətləri alındı

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” …