Çərşənbə , Sentyabr 28 2022
Qaçan xəbərlər

Azərbaycanda futzal çempionatı azarkeşsiz keçiriləcək

Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunları və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk və cavab matçları martın 19-dək azarkeşsiz keçiriləcək. 

Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə federasiya rəhbərliyi qərar qəbul edib.

Qurum Nazirlər Kabineti yanında operativ qərargahının tövsiyəsini və eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi ilə bu addımı atıb. 

Qeyd edək ki, daha öncə futbol üzrə Azərbaycan Premyer Liqasında matçların azarkeşsiz keçiriləcəyi ilə bağlı qərar qəbul olunub.

Baxın

Koronavirusa yoluxan idmançılar – SİYAHI

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb. Həftə.az xəbər verir ki, onların 6-sı …